Hollivud ulduzundan ŞOK AÇIQLAMA — 15 yaşında təcavüzə uğrayıb
    • 15-09-2019, 13:15
    • 806

Hollivud ulduzundan ŞOK AÇIQLAMA — 15 yaşında təcavüzə uğrayıb

56 yaşlı amerikalı aktrisa Demi Mur tezliklə işıq üzü görəcək kitabında təcavüzə uğradığı anlar haqqında yazıb.

News24.az xəbər verir ki, o "New York Times" qəzetinə verdiyi açıqlamada bildirib ki, kitabında yoxsulluq içində keçirdiyi uşaqlıq illərindən tutmuş Hollivud macəralarına kimi bütün həyatından bəhs edib. O, kitabda pərəstişkarlarını şok edəcək bir detala da toxunub. Mur 15 yaşında təcavüzə uğramasını ətraflı şəkildə qeyd edib.

Hollivud ulduzu kitabda özəl həyatı ilə bağlı xatirələrini paylaşdığı üçün özünü zəif və həssas hiss etdiyi deyib. O, bildirib ki, buna baxmayaraq kitab yazmaq onu özünü yenidən kəşf etməsinə səbəb olub.