Neft hasilatı obyekti partladı: ölən var
    • Bu gün, 11:56
    • 419

Neft hasilatı obyekti partladı: ölən var

İranın cənub-qərbində, Xuzistan əyalətinin Şüştər rayonunda neft emalı zavodunda güclü yanğın baş verib.

News24.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Şüştər mahalının valisi Muhsin Seyyidmusevi neft emalı zavodunda baş verən yanğında 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.

Seyyidmusevi bildirib ki, ilkin ehtimallara görə, hadisə neft tankerlərindən birinin neft emalı zavodunda benzin çənlərinə çırpılması nəticəsində baş verib.

Digər tərəfdən, yanğının böyüklüyünə görə rayondakı yanğınsöndürmə briqadasının müdaxilə etmək üçün kifayət etmədiyi, Əhvaz şəhərinin gücləndirici dəstələrinin bölgəyə göndərildiyi qeyd edilib.

Məryəm İlhamqızı