İngiltərə millisinin yeni baş məşqçisi görün kim OLDU
    • Bu gün, 13:42
    • 429

İngiltərə millisinin yeni baş məşqçisi görün kim OLDU

İngiltərə Futbol Federasiyası AVRO-2020 və AVRO-2024-də ardıcıl finallarda məğlub olan Qaret Sautqeyti istefaya göndərib.

News24.az xəbər verir ki, sonuncu dəfə "Bavariya"nı çalışdıran Tomas Tuxel İngiltərə millisinin yeni baş məşqçisi olub.


Almaniyalı məşqçi Kanada, Meksika və ABŞ-da keçirilməsi planlaşdırılan 2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə prosesi öncəsi 2025-ci il yanvarın 1-də işə başlayacaq.

Ötən mövsüm "Bavariya"da kapitan Harri Keyn ilə yaxından əməkdaşlıq edən Tuçel İngiltərə Milli Komandaları tarixində Sven-Qoran Eriksson və Fabio Kapellodan sonra üçüncü əcnəbi məşqçi olub.

İmzalanmadan sonra danışan Tomas Tuçelin açıqlamaları belədir:

"İngiltərə komandasına rəhbərlik etmək şərəfinə layiq görüldüyüm üçün çox qürur duyuram. Mən çoxdan bu ölkədəki oyunla şəxsi əlaqəmi hiss edirəm və bu, mənə inanılmaz anlar yaşatdı. Bu şansa sahib olmaq böyük imtiyazdır. İngiltərəni təmsil etmək, bu xüsusi və istedadlı oyunçular qrupu ilə işləmək imkanı çox həyəcanvericidir".

Günel Məlikzadə