-
- 17-06-2024, 14:03
- 254
Sautqeytdən rekord
Qaret Sautqeyt İngiltərə millisi ilə 4-cü dəfə final mərhələsində mübarizəyə başlayıb.
News24.az İdman.biz-ə istinadla xəbər verir ki, mütəxəssis bu göstəricidə yığmanın rekordunu təkrarlayıb.
Ona qədər yalnız Uolter Uinterbottom 4 böyük turnirdə “Üç Aslan”a rəhbərlik edib. Sonuncu DÇ-1950, DÇ-1954, DÇ-1958 və DÇ-1962-də komandanın “sükanı arxası”nda olub.
Sautqeyt DÇ-2018, AVRO-2020, DÇ-2022-də də komandaya rəhbərlik edib. İngiltərə onun başçılığı altında bütün turnirlərə qələbə ilə başlayıb. Tunisi 2:1 (DÇ-2018), Xorvatiyanı (AVRO-2020) 1:0, İranı 6:1 (DÇ-2022) hesabı ilə məğlub edən britaniyalılar AVRO-2024-də Serbiyanı bir qolla üstələyib.
Qeyd edək ki, Sautqeyt final mərhələlərindəki oyun sayında da İngiltərənin rekordçusudur – 20 matç.