-
- 16-10-2024, 22:24
- 429
Sürətlə yayılan qəribə tendensiya
Rusiyada gənclər arasında sürətlə yayılan “kvadrobinq” tendensiyası son günlər ən çox müzakirə olunan gündəmə çevrilib.
News24.az xəbər verir ki, Rusiya hökuməti uşaqların pişik, it və ayı kostyumları geyinərək heyvana bənzər hərəkətlər etməsi tendensiyası ilə "müharibə elan edib".
Rusiya lideri Vladimir Putinə yaxın simalardan olan parlamentin spikeri Viyaçeslav Volodin “uşaqları qullara çevirən” hərəkatın Qərb və ABŞ-nin rusları insanlıqdan çıxarmaq planı olduğunu müdafiə edib. "Bu, ilk baxışdan zarafat və oyun kimi görünə bilər, lakin bunun arxasında insana aid olan hər şeyi rədd etmək üçün ciddi bir plan dayanır" deyib.
Bildirilib ki, Rusiya parlamenti də bu tendensiyaya qarşı hökumət nəzarətini artırmaq üçün qanunlar hazırlayır.
Putinin partiyasından olan deputat Sergey Kolunov bildirib ki, kvadrobing tendensiyası ilə məşğul olan gənclərin ailələrinə qarşı iddia qaldırıla bilər.
Məryəm İlhamqızı