Zelenski “qələbə planı”nı təqdim etdi
    • Dünən, 20:37
    • 426

Zelenski “qələbə planı”nı təqdim etdi

Ukrayna prezidenti Vladimir Zelenski son həftələrdə etdiyi səfərlər zamanı Qərb müttəfiqləri ilə görüşdən sonra Ukrayna parlamentinə gözlənilən “Qələbə planı”nı təqdim edib.

News24.az xəbər verir ki, Zelenski bəyan edib ki, “qələbə planı” indi həyata keçirilərsə, ən geci gələn il Rusiya ilə müharibəyə son qoymaq mümkün ola bilər.

Planı parlamentə təqdim edən Zelenski bildirib ki, təcili tədbirlər görülməli və Ukraynanın müttəfiqləri ölkənin müharibəni dayandırmaq üçün mövqeyini gücləndirmək məqsədi daşıyan plan çərçivəsində birlik içində hərəkət etməlidir.

Planın beş maddədən ibarət olduğunu bildirən Zelenski, plan çərçivəsində üç gizli maddənin olduğunu açıqlayıb.

Plana görə, atılacaq ilk iki addım Ukraynanı dərhal NATO üzvlüyünə dəvət etmək və Ukraynanın hərbi imkanlarını inkişaf etdirməkdir.

Zelenski Ukraynanın Rusiyanın Kursk bölgəsində sərhədyanı hərbi əməliyyatının davam edəcəyini açıqlayıb.

Müharibədən sonrakı dövrə toxunan Zelenski bəyan edib ki, müharibənin bitməsi ilə Ukrayna əsgərləri ABŞ-ın Avropadakı hərbi hissələrini əvəz edə bilər.

Günel Məlikzadə