Sel fəlakəti: 2 milyondan çox insan evindən didərgin düşdü
    • 16-10-2024, 21:15
    • 597

Sel fəlakəti: 2 milyondan çox insan evindən didərgin düşdü

Kogi Dövlət Qızıl Xaç Cəmiyyətinin Fəlakət İdarəetmə Mütəxəssisi Ömər Y. Mahmud verdiyi açıqlamada Niger və Benue çaylarının daşması nəticəsində Kogi əyalətinin 9 bölgəsində daşqınların baş verdiyini bildirib.

News24.az xəbər verir ki, Mahmud qeyd edib ki, daşqınlar nəticəsində 2 milyondan çox insan evindən didərgin düşüb.

Xilasetmə qruplarının sakinlərin düşərgə və kəndlərə köçürülməsinə kömək etdiyini izah edən Mahmud, "Niger çayı yüksəldiyi üçün vəziyyət indi çox pisdir" deyib.

Mahmud həmçinin sel nəticəsində 150 min hektar ərazinin su altında qaldığını da bildirib.

Onu da bildirək ki, bu il Nigeriyada leysan yağışların səbəb olduğu daşqınlarda 300-ə yaxın insan həyatını itirib.

Günel Məlikzadə