Sel vurdu: Ölən və yaralananlar var
    • 11-05-2024, 09:40
    • 275

Sel vurdu: Ölən və yaralananlar var

Keniyanın daxili işlər naziri Kithure Kindiki mətbuata açıqlamasında daşqınlarda həyatını itirənlərin sayının 267-yə yüksəldiyini bildirib.

News24.az xəbər verir ki, seldə 188 nəfərin yaralandığını bildirən Kindiki 75 nəfərin itkin düşdüyünü qeyd edib.

56 min ailə öz evindən didərgin düşüb

Kindiki, təxminən 389 min insanın əlverişsiz hava şəraitindən təsirləndiyini və 56 min ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Digər tərəfdən Keniyada daşqınlar nəticəsində 9 min dekar kənd təsərrüfatı sahəsi zərər görüb, 4 min ferma heyvanı tələf olub.

Hökumət daşqınlardan zərər çəkənlər üçün 167 düşərgə yaradıb.

Qeyd edək ki, Keniya da daxil olmaqla Tanzaniya, Somali, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri leysan yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.

Günel Məlikzadə