-
- 22-06-2024, 09:49
- 423
Sel faciəsi: Ölənlərin sayı artır
Mərkəzi Amerika ölkəsi El Salvadorda ötən həftədən bəri leysan yağışları davam edir.
News24.az xəbər verir ki, Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada leysan yağışların torpaq sürüşməsinə səbəb olduğu, bəzi evlərin divarlarının uçduğu bildirilib.
Açıqlamada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 19-a yüksəldiyi, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Eyni zamanda, 6 mindən çox insanın təhlükəsiz yerlərə köçürüldüyü və leysan yağışların bir müddət də davam edəcəyi qeyd edilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ağacların aşması və magistral yolların su altında qalması görünür.
Yerli mətbuatın məlumatına görə, polis və hərbi hissələr də axtarış-xilasetmə işlərinə dəstək verir.
Onu da bildirək ki, güclü yağışların davam edəcəyi ilə əlaqədar iyunun 18-də bəzi rayonlarda 15 gün müddətinə fövqəladə vəziyyət elan edilib.
Günel Məlikzadə