Məşhur müğənnidən şad xəbər GƏLDİ
    • Bu gün, 19:54
    • 623

Məşhur müğənnidən şad xəbər GƏLDİ

Türkiyəli məşhur müğənni Karsu Dönmez hollandiyalı sevgilisi Mayk Şrama ilə iyulda ailə həyatı qurub.

News24.az xəbər verir ki, Şrama ilə xoşbəxt münasibətini davam etdirən Karsudan şad xəbər gəlib.

Məşhur müğənni sosial media hesabında paylaşdığı fotolarla körpə gözlədiyini açıqlayıb.

Karsu Dönmez paylaşımında "Ürəyimiz sevgi ilə dolur. Səni qucağımıza almağa səbirsizlənirik, balaca bala" sözlərini yazıb.

34 yaşlı məşhur müğənninin günəbaxan tarlasında verdiyi pozalar minlərlə bəyənmə toplayıb.

Günel Məlikzadə