Karsu Harbiyəyə iz buraxdı
    • 25-07-2024, 22:10
    • 205

Karsu Harbiyəyə iz buraxdı

Türkiyədə və dünyada uğurlu çıxışları ilə adını günü-gündən daha çox sevdirən; Caz, blues, pop, funk və elektronik musiqini müasir səslərlə birləşdirən Karsu Dönmez dünən axşam Harbiye Cəmil Topuzlu Açıq Səhnədə konsert verib.

News24.az xəbər verir ki, səsi, təfsiri və səhnəsi ilə milyonları valeh edən Karsu əfsanəvi gecə keçirib.

Konsertə izdihamlı orkestrlə səhnəyə çıxan Karsu bir çox türk və xarici mahnılar səsləndirib.

Məşhur ad konsertin ikinci hissəsində "İstanbula xoş gəlmisiniz!" deyərək, tamaşaçıları səhnə qarşısında rəqs etməyə dəvət edib.

Karsu bir-birinin ardınca oxuduğu canlı mahnıları və orkestrin möhtəşəm ifası ilə Harbiye Cəmil Topuzlu Açıq Hava Teatrında yüzlərlə insanı ayağa qaldıraraq uzun müddət unudulmayacaq bir konsert yaradıb.

Günel Məlikzadə