-
- 16-10-2024, 22:16
- 482
"Tayvana qarşı güc tətbiqini dayandırmayacağıq"
Tayvan ətrafında hərbi təlimlərini davam etdirən Çindən Tayvana xəbərdarlıq gəlib.
News24.az xəbər verir ki, Çinin Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua paytaxt Pekində keçirdiyi mətbuat konfransında deyib:
"Biz sülh yolu ilə birləşmənin mümkünlüyü üçün son dərəcə səmimiyyətlə səy göstərməyə hazırıq".
Bununla belə, heç vaxt güc tətbiqindən əl çəkməyəcəklərini ifadə edən Çen bunun Tayvan xalqına qarşı deyil, xarici güclərə və çox az sayda separatçıya qarşı olduğunu bildirib.
Eyni zamanda, Tayvanın ən böyük silah tədarükçüsü olan ABŞ və müttəfiqləri ilə yaxın, lakin qeyri-rəsmi əlaqələrə malik olduğuna diqqət çəkən Çen, “Tayvanın nə qədər əsgəri və silahı olsa da, xarici güclər müdaxilə etsə də, etməsə də, risk almağa cəsarət etsə, öz məhvinə gətirib çıxaracaq. Milli suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etmək üçün fəaliyyətimiz bir an belə dayanmayacaq” deyib.
Günel Məlikzadə