Məşhur müğənni faciəvi şəkildə ÖLDÜ
    • Bu gün, 07:38
    • 727

Məşhur müğənni faciəvi şəkildə ÖLDÜ

"One Direction” qrupunun keçmiş üzvü Liam Payne Argentinada 31 yaşında dünyasını dəyişib.

AFP xəbər agentliyinin və ölkə mətbuatının məlumatına görə, Argentina polisi Paynenin paytaxt Buenos-Ayresdəki otelin üçüncü mərtəbəsindən yıxıldığını açıqlayıb.

News24.az xəbər verir ki, Payne bu yaxınlarda “One Direction”dan dostu Niall Horanın Argentinadakı konsertinə qatılıb.

Payne Harry Styles, Louis Tomlinson, Niall Horan və Zeyn Malikin daxil olduğu sevimli qrupun üzvləri arasında idi.

Qrup ilk dəfə 2010-cu ildə Britaniyanın İTV kanalında keçirilən X Factor müsabiqəsində iştirak edib və daha sonra ən çox satılan boybandlardan biri olub. Qrup 2015-ci ilin avqustunda onlayn yayım rekordları qırdı.

One Direction, 2015-ci ildə beşinci studiya albomunun buraxılmasından sonra fasilə verdiklərini və qrup üzvlərinin diqqətini şəxsi karyeralarına yönəltdiklərini açıqladı. Payne 2019-cu ilin dekabrında son albomu LP1-i də buraxdı.

Günel Məlikzadə