Boş səhifələri olan kitabını satıb milyonlar qazandı - FOTO
    • Bu gün, 08:43
    • 150

Boş səhifələri olan kitabını satıb milyonlar qazandı - FOTO

Rusiyalı aktyor və teleaparıcı İvan Urqant boş səhifələrdən ibarət kitabını sataraq milyonlar qazanıb.

News24.az xəbər verir ki, bu barədə aktyor “İnstagram” hesabında məlumat verib. 

İ.Urqant kitab satışından 3,5 milyon rubl qazandığını açıqlayıb. 

Teleaparıcı oxuculara “yarım söz sevgisi”nə görə təşəkkür edib. O, bütün vəsaitlərin xeyriyyə cəmiyyətinə köçürüləcəyini deyib. 

"Həyatın şişmiş vəziləri" kitabında yalnız başlıq, məzmunlar və Urqantın üzü olan sfinks təsviri var.

Teymur Məmmədov