Məşhur teleaparıcı vəfat etdi - FOTO
    • 26-02-2024, 16:20
    • 179

Məşhur teleaparıcı vəfat etdi - FOTO

Rusiyanın tanınmış Aktyor və teleaparıcısı Aleksey Mitrofanov 57 yaşında qan laxtalanması səbəbindən dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıb.

Aktyor, teleaparıcı və publisist Aleksey Mitrofanov 56 yaşında Bolqarıstanda vəfat edib. 

Teleaparıcı Moskvada mühəndis-dizayner ailəsində anadan olub. Moskva Aviasiya İnstitutunu bitirib . Mitrofanov Moskva Tarix Muzeyində və mətbuatda işləyib.

Mitrofanov "Köhnə Moskvada gəzintilər" seriyasında on beş kitab,  Kalininqrad , Yaroslavl , Tambov , Vladimir, Kaluqa , Smolensk haqqında kitablar və Vladimir Gilyarovskinin tərcümeyi-halı haqqında kitablar yazıb. O, Gilyarovski haqqında televiziya proqramının müəllifidir və onun rolunu özü oynayır. 2010-cu ildən 2015-ci ilə qədər Mitrofanov TV Center kanalında yayımlanan "Moskva həyatının salnamələri" verilişlərinin aparıcısı, "Mövcud olmayan Moskva" layihəsinin bələdçisi və müəllimi idi.

Mehriban Mirzəzadə