-
- 17-10-2024, 10:05
- 582
Bu ölkədə güclü zəlzələ oldu
Meksika sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
News24.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Manzanillo şəhərindən 279 km cənub-qərbdə, təxminən 10 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat verilməyib, həmçinin sunami təhlükəsi elan olunmayıb.