-
- 13-05-2024, 10:54
- 409
Növbəti dəfə 5,2 bal gücündə ZƏLZƏLƏ OLDU
İndoneziya sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 451 min nəfər əhalisi olan Manado şəhərindən 127 km cənub-qərbdə yerləşib. Mənbə 272 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Mehriban Mirzəzadə