Tamerlan Təhməzov itkin düşdü
    • Bu gün, 12:04
    • 122

Tamerlan Təhməzov itkin düşdü

Almaniyada yaşayan azərbaycanlı itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a həmin ölkədə yaşayan həmerlilərimiz məlumat veriblər.

Məlumata görə, Tamerlan Təhməzov Belin şəhərində doktorantura üzrə təhsil alır. Bildirilir ki, bir neçə gündür o, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.

Həmçinin qeyd olunub ki, son günlər onda psixoloji problemlər yaranıb və hətta yaşadığı yerə də getmir.

Onun tapılması üçün polisə müraciət edilib və hazırda tədbirlər görülür.