Müəllim bağçada 21 aylıq körpənin başına oyun açdı - ANBAAN VİDEO
    • Bu gün, 13:22
    • 241

Müəllim bağçada 21 aylıq körpənin başına oyun açdı - ANBAAN VİDEO

Türkiyədə uşaq bağçasında Betül adlı müəllim 21 aylıq körpəyə qarşı şiddət göstərib.

News24.az xəbər verir ki, hadisə Qaziantepdə qeydə alınıb. 

Müəllim körpə yatdığı zaman onun üzünə şillə vurub.  Həmin an uşağın üzündə zərbənin təsirindən iz qalıb. 

Daha sonra Betül dərhal telefonla körpənin ailəsinə zəng vuraraq onun yanağı üstə yatdığı üçün üzündə iz qaldığını  iddia edib. Uşaq bağçasına gələrək körpənin üzündəki barmaq izlərini görən ailə zorakılıq edildiyini bildirib və müəllimdən şikayətçi olub.

Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən sonra müəllimin körpəyə şillə vurduğu üzə çıxıb. 

Körpələr evi rəhbərliyi müəllimin qurumla əlaqəsinin kəsildiyini açıqlayıb. Betül məhkəmə orqanları tərəfindən həbs edilib.

Teymur Məmmədov