-
- 17-10-2024, 22:33
- 384
İşçiyə “sabahınız xeyir” deməyən müdirə CƏZA
İngiltərədə müdirinin səhər ona "sabahınız xeyir" demədiyini görə Əmək Hüquq Məhkəməsinə müraciət edən qadın işçi, təzminat qazanıb.
News24.az xəbər verir ki, “Sözcü”də yer alan xəbərə görə, məhkəmə, kişi müdirin səhər saatlarında qadın işçiyə salam verməməsi ilə qanunu pozduğuna qərar verib.
Boss Endryu Gilchristin gec gəldiyi üçün Nadine Hansona əsəbiləşdiyi, lakin qadının xəstəxanaya getməsindən xəbərsiz olduğu bildirilib.
Digər iki işçiyə maaş verərkən müdirin Hansona xəbər vermədiyi də qeyd edilib.
Hakim Sarah Davies, müdirin qadın işçini istefaya məcbur etməyə çalışdığına və onun hərəkətlərinin iş yerində iğtişaşlara səbəb olduğuna diqqət çəkib.
Məryəm İlhamqızı