Pensiyaya çıxmayan işçini qovdular - ŞOK
    • 7-02-2024, 16:36
    • 2 296

Pensiyaya çıxmayan işçini qovdular - ŞOK

ABŞ-da təqaüdə çıxmaq istəmədiyi üçün işindən qovulan 65 yaşlı qadın keçmiş işəgötürənini məhkəməyə verib və qalib gəlib. Qərara əsasən, şirkət ona 105 min dollardan çox ödəməli olacaq.

News24.az Lent.az-a istinadla bildirir ki, 20 il alıcı kimi işləyən keçmiş “J&M Industries Inc” işçisi işəgötürənini yaş ayrı-seçkiliyində ittiham edib. İddiaya görə, onun 65 yaşına az qalmış menecerlər onun niyə təqaüdə çıxmaq istəmədiyini soruşmağa başlayıblar. Qadının 65 yaşı tamam olanda işdən çıxarılıb. Vəzifənin ləğvinə verilən rəsmi cavab isə “iqtisadi qeyri-sabitlik” olub. Lakin sonradan onun yerinə 39 yaşlı kişi götürülüb.

Məhkəmə zamanı “J&M Industries Inc”in nümayəndələri ayrı-seçkilik iddialarını rədd ediblər. Onların sözlərinə görə, pensiya ilə bağlı sual və şərhlər həm strateji planlaşdırma ilə bağlı olub, həm də maraqdan irəli gəlir. Yeni işçiyə gəlincə, onun sələfindən daha geniş vəzifə öhdəlikləri olduğu iddia edilir.

Məhkəmə iddiaçının haqlı olduğunu müəyyən edib. Şirkətə ona 105 min dollar, eləcə də bütün zərər və məhkəmə xərcləri üçün kompensasiya ödəməsi tapşırılıb. Bundan əlavə, “J&M Industries Inc” əməkdaşları iş yerində ayrı-seçkiliyə qarşı təlimatlar verməli və şirkət siyasətlərini nəzərdən keçirməli olacaqlar.