-
- 17-10-2024, 19:45
- 181
Dünyada 1,1 milyard insan yoxsulluq içində yaşayır
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) dünyada yoxsulluğun vəziyyəti ilə bağlı hesabat dərc edib.
News24.az xəbər verir ki, hesabatda dünyada 1 milyarddan çox insanın kəskin yoxsulluq içində yaşadığı üzə çıxarılıb və bu vəziyyətdən təsirlənənlərin yarıdan çoxunun uşaqlar olduğu qeyd edilib.
Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü (OPHI) ilə birlikdə dərc edilən hesabatda İkinci Dünya Müharibəsindən sonra dünyada ən çox münaqişələrin baş verdiyi 2023-cü ilə kimi müharibə şəraitində olan ölkələrdə yoxsulluq nisbətlərinin 3 dəfə yüksək olduğu vurğulanıb.
Bu gün dərc olunan hesabatda 18 yaşa qədər 584 milyon insanın həddindən artıq yoxsulluq həddində yaşadığı bildirilib. Qeyd olunub ki, dünya üzrə həddindən artıq yoxsulluq içində olanlar böyüklərin 13,5 faizini, uşaqların isə 27,9 faizini təşkil edir.
Günel Məlikzadə