Bu uşaqlar məktəbə gedə bilmir
    • Dünən, 21:15
    • 115

Bu uşaqlar məktəbə gedə bilmir

Beynəlxalq humanitar yardım təşkilatı Save The Children Mərkəzi və Qərbi Afrikada həddindən artıq yağışların səbəb olduğu daşqınlar səbəbindən təxminən 10 milyon uşağın məktəbə gedə bilməyəcəyini bildirib.

Qurumdan verilən yazılı açıqlamada Niger, Nigeriya, Mali və Konqo Demokratik Respublikasında (KDR) daşqınlar səbəbilə təxminən 1 milyon insanın evlərini tərk etdiyi bildirilib.

News24.az xəbər verir ki, açıqlamada yağışların məktəb binalarına ciddi ziyan vurduğu, bəzilərinin hətta uçduğu, evini tərk etmək məcburiyyətində qalanların əksəriyyətinin məktəblərə sığındığı bildirilib.

Daşqınlardan ən çox Mali və Nigerin zərər çəkdiyi bildirilib, məktəblərin Malidə 1 ay, Nigerdə isə 3 həftə gec açılacağına diqqət çəkilib.

4 ölkədə 36 milyon uşağın qarşıdurmalar və yoxsulluq səbəbiylə təhsilini davam etdirə bilmədiyi, daşqınlar səbəbindən bu rəqəmə 10 milyon uşağın daha əlavə edildiyi bildirilib.

Günel Məlikzadə