-
- 21-05-2024, 10:31
- 340
Sel fəlakəti: Ölənlər var
Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində 2 həftədən çox davam edən yağışların səbəb olduğu daşqınlar nəticəsində can və mal itkiləri artır.
News24.az xəbər verir ki, Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 158, itkin düşənlərin sayının isə 88 olaraq yeniləndiyi bildirilib.
Açıqlamada seldən zərər çəkənlərin sayının 2 milyon 300 mini keçdiyi, 82 min 666 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.
Təxminən 30 min adamla axtarış-xilasetmə işlərinin davam etdiyi paylaşılıb.
Milli Mülki Aviasiya Agentliyindən (Anac) verilən son açıqlamaya görə, yağışların həftə sonuna qədər davam edəcəyi gözlənilir.
Günel Məlikzadə