-
- 17-10-2024, 21:45
- 190
Bayden Almaniyaya səfər edəcək
Gündəlik mətbuat brifinqində Ağ Evin sözçüsü Karine Jean-Pierre ABŞ prezidenti Co Baydenin Almaniya və Anqolaya əvvəllər təxirə salınmış səfərləri ilə bağlı yenilənmiş məlumatları paylaşıb.
News24.az xəbər verir ki, ABŞ sözçüsü Baydenin cümə günü Almaniyaya səfər edəcəyini və bu səfər zamanı danışıqlarının əsasının Ukrayna olacağını bildirib.
Baydenin Almaniya prezidenti Frank-Valter Ştaynmayer və baş nazir Olaf Şolzla görüşəcəyini bildirən Jan-Pier bu görüşlərdə həm ABŞ-Almaniya münasibətlərinin, həm də Ukraynaya dəstəyin hərtərəfli müzakirə ediləcəyini bildirib.
Jean-Pierre, Baydenin dekabrın ilk həftəsində Anqolaya gedəcəyini və prezident olaraq Afrikaya bu ilk səfərində ABŞ-Afrika əlaqələrinin əhəmiyyətinin vurğulanacağını bildirib.
ABŞ prezidenti Bayden Helene və Milton qasırğalarından zərər çəkmiş ştatlarda aparılan işləri izləmək və bu bölgələrə səfər etmək üçün Almaniya və Anqolaya səfərlərini təxirə salıb.
Günel Məlikzadə