-
- 17-10-2024, 22:46
- 629
"Meta" yüzlərlə işçini çıxartdı
Dünyanın ən böyük şirkətlərindən biri olan Meta, görünür, böyük qənaət siyasəti dövrünə qədəm qoyub.
News24.az xəbər verir ki, Meta Platformalar, Inc. çərşənbə günü işdən çıxarmaların yeni dalğasını həyata keçirib. “Facebook”, “WhatsApp” və “Instagram”ın sahibi olan texnologiya nəhəngi daxili resursların bölüşdürülməsini yenidən təşkil etmək üçün müxtəlif departamentlərdə çalışan yüzlərlə işçini işdən çıxarıb.
"Bu gün Meta-da bəzi komandalar resursların uzunmüddətli strateji hədəflərə və yerləşmə strategiyasına uyğunluğunu təmin etmək üçün dəyişikliklər edir" Meta sözçüsü mövzu ilə bağlı açıqlamasında deyib. Şirkət bəzi komandaların fərqli yerlərə köçürüldüyünü, bəzi mövqelərin isə tamamilə ləğv edildiyini etiraf edib.
Xüsusilə WhatsApp, Instagram və virtual reallıq bölməsinin Reality Labs əməkdaşları bu dəyişikliklərdən təsirlənir. Meta dəqiq rəqəmləri açıqlamaqdan çəkinsə də, ixtisarların yüzlərlə işçiyə təsir etdiyi bildirilib. İşdən çıxarılan işçilərin bəzilərinə alternativ vəzifələr və ya kompensasiya paketləri təklif olunub.
Günel Məlikzadə