"Başqa qadına görə ailə dağıdanın Allah onun bəlasını versin!"
    • 17-10-2024, 20:53
    • 4 175

"Başqa qadına görə ailə dağıdanın Allah onun bəlasını versin!"


"Sosial şəbəkələrdən hər birimiz fərqli məqsədlə istifadə edirik. Kimisi malını satır, kimisi sənətini nümayiş etdirir. Aydın məsələdir ki, hər kəs məni sevə bilməz. Amma təhqir etmək olmaz!"

News24.az azxeber.com-a istinadla xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabında paylaşdığı videoda deyib.

Musiqiçi ailəsi haqqında rəy yazanlara müraciət edib: 

"Haqqımızda yalan, söyüş yazanlar var, ailəmizə dil uzadanlar var. Çox sağ olun, Allah hamınızdan razı olsun. Mən bu qədər insanı necə susdura bilərəm?! Bu, mümkün deyil. Kişi kiməsə söyüş söyməz. Sözü olarsa, çağırar kənara, sözünü deyər. Hər insan da o gücdə deyil".

Daha sonra Hüseyn ikinci dəfə ailə qurduğu üçün ona ünvanlanan təhqirlərə cavab verib:

"Həyatımda çox şeylər baş verdi. Bu haqda heç danışmaq istəmirəm. Elə şeylər var ki, onu demək olmaz. Allah ailələrimizi və balalarımızı qorusun. Kimsə öz ailəsini heç nədən, səbəbsiz yerə dağıdırsa, Allah da onun həyatını darmadağın eləsin. Kimsə övladlarını atırsa, Allah onun bəlasını versin. Kimsə başqa gözəl bir qadına görə ailə dağıdırsa, onun heç bir zaman ailəsi olmasın. Heç kəs xoş gününə haram qatmaz. Doğrusunu Allah bilir".

Xatırladaq ki, Hüseyn Məhəmmədoğlu İnci adlı xanımla olan ilk evliliyini 2020-ci ildə sonlandırıb. O, 2021-ci ildə aktrisa Aysel İbrahimova ilə yenidən ailə qurub. Onun ilk evliliyindən 2 qızı, ikinci evliliyindən isə 1 oğlu var.