Zelenskinin qələbə planı onun məğlubiyyətinə səbəb olacaq
    • Bu gün, 10:45
    • 98

Zelenskinin qələbə planı onun məğlubiyyətinə səbəb olacaq

Ukrayna prezidenti Vladimir Zelenskinin irəli sürdüyü qələbə planı onun məğlubiyyətinə gətirib çıxaracaq. 

News24.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiostansiyasındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, Ukrayna lideri öz hərbi planını Avropa İttifaqının Brüsseldə keçirilən sammitində təqdim edib.

Hökumət başçısının sözlərinə görə, Macarıstan hesab edir ki, Aİ artıq Ukrayna ilə birlikdə uduzur. 

“Məğlub olanlar indi qələbə planına keçmək istəyirlər ki, biz bu planda iştirak etmirik” – deyə Orban vurğulayıb.

Teymur Məmmədov