Yardım silahlanmaya deyil, Ukraynanın dağılmaması üçündür - Orban
    • 2-02-2024, 12:30
    • 179

Yardım silahlanmaya deyil, Ukraynanın dağılmaması üçündür - Orban

Aİ-nin Ukraynaya dörd il ərzində 50 milyard avro ayırması qərarı Macarıstanın Ukrayna ordusuna silah vermədiyi və hərbi əməliyyatlara dərhal son qoyulmasını təklif etdiyi sülh tərəfdarı mövqeyinə zidd deyil.

News24.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban  deyib.

Onun sözlərinə görə, bu vəsait silahlanmaya deyil, müflis olan Ukrayna dövlətinin dağılmaması üçün onun təmin edilməsinə sərf olunacaq. 

“Əgər Avropa İttifaqı və ABŞ ona yardım etməsəydi, Ukraynada maaşlar, pensiyalar, fəaliyyət göstərən qurumlar olmayacaq və onlar müflisləşəcəkdilər”, - Orban deyib.

Mehriban Mirzəzadə