-
- 18-10-2024, 12:57
- 774
XƏBƏRDARLIQ EDİLDİ: Hər qurtum xərçəngə səbəb olur
Sağlam qidalanma vərdişlərinin yayılması ilə bitki mənşəli süd məhsullarına tələbat da artıb. Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, yulaf, badam, soya və kokos südü kimi bitki əsaslı alternativlər ümumi sağlamlıq üçün ciddi risklər yarada bilər.
News24.az xəbər verir ki, bitki mənşəli südlərə üstünlük verilir, çünki onların kalorisi azdır, lakin son araşdırmalar bu südlərin inək südündən daha aşağı qida dəyərlərinə malik olduğunu ortaya qoyub.
Britaniyalı diyetisyen Jessica Cording belə deyib: “Son araşdırmalar göstərir ki, bitki mənşəli süd məhsulları qan şəkərinin səviyyəsinə mənfi təsir göstərir. Bundan başqa, bu südlərin tərkibindəki konservantlar kolon xərçəngi riskini artırır".
Amerikalı sosial media fenomeni Steph Robinson da yulaf südünün qan şəkərinin qəfil artmasına səbəb olduğunu iddia edərək diyetindən çıxardığını açıqlayıb.
Onu da qeyd edək ki, mütəxəssislər bitki mənşəli südlərlə bağlı mənfi rəylərin artması səbəbindən bu məhsulların dünya miqyasında satışında azalma olduğunu bildiriblər.
Günel Məlikzadə