MƏŞHUR Dubay şokoladı təhlükəlidir?
    • 18-10-2024, 13:16
    • 645

MƏŞHUR Dubay şokoladı təhlükəlidir?

Məşhur Dubay şokoladı Dubayda qənnadı dükanının hamilə qurucusu tərəfindən hazırlanıb. O, şokolad, fındıq, fıstıq yağı və kadayıf xəmirini bir desertdə birləşdirib. Nəticədə insulin bombası - “Dubay şokoladı” yarandı.

News24.az SHOT-a istinadən xəbər verir ki, 200 qramlıq bir barda mindən çox kalori və təxminən 65 qram püstə pastası var ki, bu da normadan üç dəfə çoxdur. İnternet bloggerləri bu şokoladı bir oturuşda yeyirlər.

Diyetoloq Kristina Franz bildirib ki, yüksək kalorili və yüksək yağ tərkibinə görə Dubay şokoladı şəkərli diabet, piylənmə və artıq çəkidən əziyyət çəkən insanların pəhrizinə əlavə edilməməlidir. Şokoladı gündə cəmi 20 qram (kiçik kvadrat) olmaq şərti ilə yemək olar.

Onu da qeyd edək ki, orijinal Dubay şokoladı BƏƏ-də yalnız müəyyən saatlarda satılır və çox tez tükənir. Azərbaycanda bu şokolad 25 manatdan başlayan qiymətlərə satılır. Bir çox insanlar ucuz başa gəlsin deyə bunu özləri hazırlamağa çalışırlar, lakin bu da baha başa gəlir.

Günel Məlikzadə