-
- 18-10-2024, 23:06
- 547
Aparıcı telefonlar bu il bahalaşacaq: Səbəb nədir?
“Redmi” brendinin baş meneceri Vanq Tenq Tomas yüksək performanslı çiplərin və yaddaş cihazlarının qiymətlərinin artacağını açıqlayıb. Onun sözlərinə görə, bu qiymət artımı aparıcı smartfonların da bahalaşmasına səbəb olacaq.
News24.az Lent.az-a istinadla xəbər verir ki, keçən il “Xiaomi 14”ün rəsmi təqdimatı zamanı 558 dollardan başlayan qiymətə ən son flaqman olduğunu açıqlayıb. O vurğulayıb ki, “Xiaomi” daha yaxşı smartfonlar yaratmağa çalışır ki, bu da onların qiymətlərinin artmasına səbəb olacaq.
Beləliklə, brendin flaqman smartfonlarının növbəti nəsli – “Xiaomi 15” və “Redmi K80” sələflərindən baha olacaq. Onların qiymətinin nə qədər dəyişəcəyi hələ açıqlanmayıb.
Qeyd edək ki, bu artımın ilk növbədə Çin bazarı üçün nəzərdə tutulan smartfonlara aid olduğu deyilir. Çünki burada cihazlar dünya bazarından xeyli ucuz satılır.