Çox qazanır, hər ay borc istəyir - Səhvləri
    • 18-10-2024, 23:27
    • 357

Çox qazanır, hər ay borc istəyir - Səhvləri

Bizdən çox maaş alanlar ayın ortası bizdən borc istəyirlər. Bu, necə olur? Nəyi səhv edirlər? Baxanda, həyat şərtləri bizimlə müqayisədə daha yaxşıdır.

İlk olaraq bu suala cavab tapaq: Borc almadan necə yaşamaq olar? Əgər sən də ayın yarısında gəlirini bitirib geri qalan yarısı üçün borc axtarırsansa, o zaman mütləq oxumalısan.

Bəzən pul qazanmaq və xərcləmək bir-birinə zidd proseslərə çevrilir. Belə ki, bəzən pulu qazanmaq çətin, xərcləmək asan olsa da, bəzən də qazanmaq asan, xərcləmək çox çətin olur. Bu gün pulu necə qazanmağından asılı olmayaraq ayın yarısında xərcləyib bitirib borc alanlardan danışırıq.

Müşahidə və araşdırmalarım deyir ki, hər ay borc istəyənlər adətən, aşağı deyil, orta gəlirə sahib şəxslərdir. 

Bəs niyə qazancları az olmadığı halda yenə də borc götürmək məcburiyyətində qalırlar?

Əsas səbəblərdən birincisi xərcləmə prosesində duyğusal davranmaqdır. Adətən, qazancı bölüşdürmədən, yəni büdcə planlaması etmədən xərcləyən şəxslər bu problemlə üzləşir.

Borc almadan ayı başa vurmaq üçün nə etmək lazımdır? 

İlk növbədə büdcə planlaması mütləqdir. Gəlirin fond üçün bir qismini ayırmaq (adətən yəhudi metodundan istifadə olunur) lazımdır. Daha sonra həyat tərzinə uyğun olaraq xərcləri bölüşdürmək, arzu və tələbatları təcili, lazım və vacib kateqoriyasına ayıraraq bölüşdürmək və alternativlər taparaq onlarda istifadə etməyə çalışmaq olar.

Ən çox xərc tələb edən qidalanma və əyləncə olduğu üçün bu prosesləri necə idarə etməli olduğunuz haqqında kiçik bir araşdırma nəticəsini sizinlə bölüşürəm.

Belə ki, əgər qidalanmanı yalnız ev şəraitində edirsinizsə, ev üçün bazarlığı endirimlərdən yararlanaraq aylıq və siyahı tutmaqla edərək büdcəyə ailə tərkibindən asılı olaraq 50-200 manata yaxın qənaət etmiş olursunuz. 

Yox əgər müxtəlif dönəmlərdə ad günü, görüş və s tədbirlərdə iştirak etməli olursunuzsa, bu zaman menyudan müxtəlif salatlardan seçərək ac qalmadan tədbiri yekunlaşdıra bilərsiniz.

Bu, həm də kafe və restoranlara getdiyiniz zaman keçərli metoddur. Əgər hər getdiyinizdə doyunca yeyib-içməyi düşünürsünüzsə, bu, əlbəttə ki, sizi ayın yarısında borc axtarmağa məcbur edəcək.

Pul xərcləməyin ən unikal metodu bütün dünyada tətbiq edilən yəhudi metodudur. Belə ki, yəhudi metoduna görə qazanc və ya gəlirin miqdarının nə qədər olmasından asılı olmayaraq onun 1/3 nə toxunulmur və bu zaman şəxsin ayqlıq gəliri tam xərclədiyi məbləğ isə 2/3 olduğu üçün hər zaman büdcəsində pul qalır. Bu qalan büdcə şəxsi borc almaqdan xilas edir. /olke.az