-
- 18-10-2024, 20:13
- 362
Masterchef həyat hekayəsini danışdı: Küçələrdə yatırdıq
Mehmet Yalçınkaya, Danilo Zanna və Somer Sivrioğlunun münsif kürsüsündə oturduğu TV8-də tamaşaçılarla görüşən MasterChef 2024-də həyəcan günü-gündən artır.
News24.az xəbər verir ki, yarış zamanı Nigar Akyıldız aşpaz Danilo ilə söhbət edib. Nigar Hakan və Kaanla problemlərinin olduğunu bildirib.
Nigar "Bu məsələlər məni üzür. Həqiqətən də özümü heç xoşbəxt hiss etmirəm. Çox mübahisə etməyi sevən adam deyiləm. Həyat yoldaşımla belə mübahisə etməmişəm. İstəmirəm ki, belə olsun. Mən heç nə edə bilmirəm, çünki hadisələrin öhdəsindən gələ bilmirəm" dedi.
Nigar sözünə belə davam edib:
"Heç bir şeyə uyğunlaşa bilmirəm. İnanın ki, qardaşım bir söz dediyi üçün 10 ildir ki, qardaşımı görmürəm. Qardaşımla ilk dəfə bu proqram sayəsində barışdım. 10 ildir ki, anamla da danışmıram. mənim üçün çətin şeylərdir.
Nigar göz yaşlarını saxlaya bilməyib: "Atam içki aludəçisi idi. Bizi çox döyürdü. Həqiqətən də buna dözə bilmirəm. Çünki çox ağır böyümüşük, rəis. Atam 46 yaşında spirtli içkidən dünyasını dəyişdi. Bizi o qədər döyürdü ki, küçələrdə yatırdıq, Belə şey olanda gizlənməyə ehtiyac duyuram” dedi.
Günel Məlikzadə