Məşhur aktyor vəfat etdi - FOTO
    • Bu gün, 07:22
    • 215

Məşhur aktyor vəfat etdi - FOTO

Məşhur aktyor vəfat etdiTürkiyənin məşhur aktyoru Vural Çelik xəstəxanada dünyasını dəyişib.

News24.az big.az-a istinadən xəbər verir ki, "Avropa yakası", "Səksənlər", "Orqanizə işlər" kimi böyük kino layihələri ilə tamaşaçı sevgisi qazanan Vural Çelik vəfat edib.

Vural Çelikin ölüm xəbərindən sonra sosial şəbəkədəki son paylaşımı diqqət çəkib.

Xəstəxanada zərdab alarkən video çəkən Çelik, "Bu xəstəxanalara getdiyim qədər seriallar çəksəydim, indiyə qədər yaxtam və ya villam olardı" deyib. Onun bu sözləri tamaşaçıları tərəfindən kədərlə qarşılanıb.