Məşhur aktyor vəfat etdi - FOTO
    • 21-03-2024, 10:20
    • 3 730

Məşhur aktyor vəfat etdi - FOTO


Amerika aktyoru Maykl Emmet Uolş 89 yaşında vəfat edib.

News24.az "Report"a istinadla xəbər verir ki, bu barədə "The Washington Post" aktyorun agentinə istinadən məlumat yayıb.

Məlumata görə, aktyor martın 19-da Sent-Albansda (Vermont) xəstəxanada dünyasını dəyişib.

Nəşr qeyd edib ki, Uolş karyerası ərzində 200-dən çox film və serialda rol alıb.