Bakıda tanınmış jurnalist saxlanıldı – FOTO
    • Bu gün, 12:00
    • 471

Bakıda tanınmış jurnalist saxlanıldı – FOTO


“Xəbərglobaltv.az” saytının rəhbəri, jurnalist Orxan Əhmədov saxlanılıb.

Globalinfo.az-a daxil olan məlumata görə, o, başqasının əmlakını hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.

Belə ki, O.Əhmədovun Tovuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini C.Abdullayevə zəng edərək haqqında həqiqətə uyğun olmayan paylaşımlar etməklə hədə-qorxu gəldiyi bildirilir.

İddialara görə, o, C.Abdullayevdən şantaj yolu ilə pul alıb.

Orxan Əhmədovun qarşı Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.