Bakıda sexdə YANĞIN
    • Bu gün, 12:38
    • 141

Bakıda sexdə YANĞIN


Bakıda sexdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda fabrik ərazisində ümumi sahəsi 700 m² olan ayaqqabı altlıqları istehsalı sexinin dam örtüyünün taxta atmaları, şüşə-pambıq üzlük 280 m² sahədə, 1 ədəd dəzgah və 200 m² sahədə yığılan ayaqqabı altlıqları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.