Bakıda 15 yaşlı qız internatdan qaçdı
    • Bu gün, 14:59
    • 266

Bakıda 15 yaşlı qız internatdan qaçdı


15 yaşlı qız uşaq evindən qaçıb. Musavat.com xəbər verir ki, hadisə 3 saylı uşaq evində baş verib.

13.08.2009 təvəllüdlü N.A ( ad şərtidir) mühafizəçilərin gözündən yayınaraq internatı tərk edib.

Buna səbəb kimi Sosial Xidmətlər Agentliyinin qızı anasına verməsi olub. Az müddət sonra övladını idarə edə bilməyən ana azyaşlını yenidən 3 saylı uşaq evinə qaytarıb. Həmin ərəfədə qızla ana arasında mübahisə olub. Nəticədə qız uşaq evindən elə ananın gözü qarşısında qaçıb. vakansiya 2023

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə azyaşlı tapılaraq aidiyyəti üzrə təhvil verilib.