İran Qərbi Azərbaycanda hasar çəkəcək
    • 20-10-2024, 17:41
    • 339

İran Qərbi Azərbaycanda hasar çəkəcək


İran hakimiyyəti təhlükəsizlik risklərini azaltmaq üçün şərq sərhədlərində hasarlar çəkməyə başlayıb.

News24.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə İran ordusunun briqada generalı Əhməd Əli Qudarzi məlumat verib.

"Hərbi və təhlükəsizlik məsələlərinə görə, ən problemli ərazilər Pakistan və Əfqanıstanla sərhədlərdir. İrana narkotik axınının 80% buradan gəlir", - Qudarzi deyib.

Onun sözlərinə görə, layihənin məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə yanaşı, yanacaq və digər məhsulların qaçaqmalçılığının qarşısını almaq, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaqdır:

“Artıq Sistan və Bəlucistan, Rəzəvi Xorasan əyalətlərində divarların tikintisinə başlanılıb. Növbəti mərhələ qərb sərhədlərinin - İlam, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində sədlərin möhkəmləndirilməsi olacaq”.