Natiq Qəhrəmanov dəhşətli yol qəzasında həyatını İTİRDİ
    • Bu gün, 00:54
    • 257

Natiq Qəhrəmanov dəhşətli yol qəzasında həyatını İTİRDİ


Quba şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Əliqulu Nərimanov küçəsində “Opel” və VAZ 2107 markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “Opel”in sürücüsü Qəhrəmanov Natiq Ramiz oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.