Dəhşətli qəza: Avtomobildə olan 5 nəfər öldü
    • Bu gün, 08:20
    • 539

Dəhşətli qəza: Avtomobildə olan 5 nəfər öldü

Türkiyədə sürücüsü hələlik məlum olmayan avtomobil eyni istiqamətdə hərəkətdə olarkən Ö.A-nın idarə etdiyi iş maşınına dəyib.

News24.az NTV-yə istinadən xəbər verir ki, zərbənin gücündən dəmir yığınına çevrilən avtomobil alovlanaraq yanmağa başlayıb. Qəzanı görənlərin xəbəri üzərinə bölgəyə jandarma, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə alov topuna çevrilən avtomobil söndürülüb.

Sağlamlıq qrupları tərəfindən edilən yoxlamada avtomobildə olan 5 nəfərin öldüyü müəyyən edilib.

Qəzada ölən və şəxsiyyətləri hələlik müəyyən edilməyən 5 nəfərin cəsədi meyitxanaya aparılıb. Jandarma, iş maşını sürücüsü Ö.A-nı nəzarətə götürərək, qəza ilə əlaqədar istintaq başladıb.

Günel Məlikzadə