İsrail açıqladı: Qəzzada komandirimiz öldürüldü
    • Bu gün, 08:25
    • 133

İsrail açıqladı: Qəzzada komandirimiz öldürüldü

Fələstinə qarşı hücumlarını davam etdirən İsrail Qəzzada böyük zərbə alıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada Qəzza zolağının şimalında baş verən qarşıdurmalar zamanı 401-ci Zirehli Briqada komandiri polkovnik Ehsan Daqsanın (41) öldürüldüyü bildirilib.

"Cibaliyedəki əməliyyatlar zamanı Dəqsənin tankı və başqa bir tank partlayıcı ilə hədəfə alınıb" deyə bildirilən açıqlamada Dəqsanın öldüyü zaman tankın xaricində olduğu vurğulanıb. Hadisə nəticəsində 2 zabitin yaralandığı da bildirilib.

Günel Məlikzadə