-
- 16-05-2024, 17:25
- 167
"Dost atəşi” nəticəsində 5 İsrail əsgəri həlak oldu
İsrailin Qəzza zolağına hücumları oktyabrın 7-dən davam edir.
News24.az xəbər verir ki, bölgədə hava hücumları ilə yanaşı qurudan da hücumlar həyata keçirən İsrail ordusu dünən Qəzza zolağının şimalındakı Cibaliye Qaçqınlar Düşərgəsində həyata keçirilən əməliyyatlar zamanı bir-birini vurub.
ƏSGƏRLƏRİ “DOST ATƏŞİ” ÖLDÜRDÜ
İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada dost atəşi nəticəsində 5 İsrail əsgərinin həyatını itirdiyi bildirilib. Açılan atəş nəticəsində 3-ü ağır olmaqla 7 əsgərin yaralandığı bildirilib.
Hadisə ilə bağlı açıqlamada, “Səhər qaçqın düşərgəsindəki binaya tank qüvvələri gəlib, sonra desantlar gələrək yerləşdirilib. Axşam saatlarında başqa bir desant bölməsi əraziyə gələrək orada gözləyən 2 tanka eyni binaya daxil olduqlarını bildirib. Daha sonra tank qüvvələri binanın pəncərəsində tapança lüləsi aşkar edib və bunun düşmən qüvvələri olduğunu düşünərək hədəfə iki dəfə atəş açıblar”.
Müdafiə Qüvvələri hadisə ilə bağlı ətraflı araşdırmalara başlanıldığını bildirib.
Günel Məlikzadə