-
- 1-07-2024, 22:40
- 288
İsrail 24 əsgərin yaralandığını açıqladı
İsrail ordusundan verilən yazılı açıqlamada yaralanan əsgərlərlə bağlı məlumat verilib.
News24.az xəbər verir ki, son 24 saat ərzində onun 24 əsgəri yaralanıb. Onlardan 13-ü Qəzza zolağında baş verən toqquşmalarda yaralanıb.
Oktyabrın 7-dən bu yana yaralanan əsgərlərin sayının 2 min 18-i Qəzzaya quru işğalı zamanı olmaqla 3 min 977-yə yüksəldiyi bildirilib.
İsrail ordusu dünən Livan sərhədində Hizbullah ilə toqquşmalarda əsgərlərinin yaralandığını açıqlayıb.
Digər tərəfdən, Qəzzada HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi bu gün İsrailin 7 oktyabrdan bəri davam edən hücumları nəticəsində can itkisinin ən az 37 min 900-ə yüksəldiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada bu rəqəmə son 24 saatda ölən ən azı 23 nəfərin daxil olduğu bildirilib.
Onu da qeyd edək ki, İsrail bu gün Qəzzada saxlanılan 50 fələstinlini azad edib.
Günel Məlikzadə