-
- 21-10-2024, 11:47
- 459
Milyonlarla insan buna görə ölə bilər - SƏBƏB AÇIQLANDI
Alimlər antibiotiklərin effektivliyinin sürətlə azaldığını bildiriblər.
News24.az “Bild”ə istinadən xəbər verir ki, Paul Ehrliç İnfeksion Terapiya Cəmiyyətinin prezidenti Mattias Ploetz müasir tibbin nailiyyətlərinin itirildiyini və penisilinin kəşfindən əvvəlki dövrə geri dönüldüyünü deyib.
Antibiotiklərin effektivliyinin azalmasının iki əsas səbəbi qeyd edlib. Bunlardan biri tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün antibiotiklərin nəzarətsiz istehlakı, digəri isə COVID-19 pandemiyasından sonra turist səfərlərinin sayının artmasıdır.
Antibiotiklərin çox vaxt nəzarətsiz təyin olunduğu, bəzən onlara ehtiyac olmadığı qeyd edilib.
Belə davam edəcəyi təqdirdə antibiotiklərə davamlı mikroorqanizmlər 2050-ci ilə qədər on milyonlarla insana təsir edə biləcək infeksiyalara gətirib çıxara bilər.
Teymur Məmmədov