-
- 6-08-2022, 13:03
- 650
Antibiotikin uşaqlara yaratdığı təhlükələr nələrdir? - Alimlər açıqladı
Erkən yaşda antibiotiklərin qəbul edilməsi uşaqlarda həzm sistemindəki sağlam bakteriyaları öldürür və astma, allergiyaya səbəb ola bilir.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rutgers, Nyu-York və Sürix universitetlərinin alimlərinin yeni araşdırmasında qeyd edilib.
Araşdırmalar zamanı alimlər qeyd ediblər ki, uşaqlarda ən çox istifadə edilən dərmanlardan biri olan antibiotiklər bağırsaq mikrobiomu və metabolik funksiyalara təsir göstərir. Mikrobiotanın strukturunda baş verən bu dəyişikliklər immun sisteminə təsir edir.
Aparılan beş günlük təcrübə göstərib ki, azitromisin və ya amoksisillin qəbul edən siçanlarda yetkinləşdikdən sonra allergiya artıb.
Təcrübənin ikinci və üçüncü hissələrində antibiotiklərə erkən məruz qalmanın immunitet sisteminin düzgün inkişafını dəstəkləyən bəzi sağlam bağırsaq bakteriyalarını öldürərək allergiya və astmaya səbəb olduğu fərziyyəsi sınaqdan keçirilib.
Tədqiqatçılar bildiriblər ki, bu təcrübələr antibiotiklərin bağırsaq bakteriyalarına təsiri ilə arzuolunmaz immun reaksiyalara səbəb olduğuna dair güclü dəlillər təqdim edib.