"Apple"-dan YENİLİK - dünyanın ən yaxşı...
    • Dünən, 17:30
    • 133

"Apple"-dan YENİLİK - dünyanın ən yaxşı...

Apple dünyanın ən qabaqcıl süni intellektini (AI) yaratmaq niyyətindədir. 

News24.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tim Kuk “Wall Street Journal”a (WSJ) müsahibəsində bildirib.

Kukun sözlərinə görə, Apple-ın neyron şəbəkəsi artıq şirkətin texnologiyasının istifadəçiləri üçün ən yaxşısıdır, lakin ekspertlər süni intellektini təkmilləşdirdikdə, o, “dünyanın ən yaxşısı” olacaq.

“Məlum olduğu kimi, yaxşı bir neyron şəbəkəsi yaratmaq həqiqətən çətindir. Bu, çoxlu təkrarlama tələb edir. Hər bir təfərrüatdan narahat olmaq lazımdır”, - deyə Apple rəhbəri şirkətin süni intellekt bazarında birincilər arasında olmamasının səbəbini izah edib.

Kuk “Apple” neyron şəbəkəsindən istifadə ilə bağlı təəssüratlarını da bölüşərək, bunun sayəsində xeyli vaxta qənaət etməyə başladığını qeyd edib.

Məryəm İlhamqızı