"Apple" bu xüsusiyyətini təxirə saldı
    • Dünən, 23:20
    • 49

"Apple" bu xüsusiyyətini təxirə saldı

Apple-ın təzə yeniləmə ilə gəlməsi gözlənilən süni intellekt xüsusiyyətləri təxirə salınıb

News24.az xəbər verir ki, Bloomberg Apple yazarı Mark Qurmanın verdiyi açıqlamaya görə, Apple iOS 18 ilə iPhone sahiblərinə Apple Intelligence texnologiyasını təklif etməyəcək. Qurmani, şirkətin səhvləri düzəltmək və sabitliyi yaxşılaşdırmaq üçün Apple Intelligence-ə bir az daha çox vaxt sərf etmək istədiyini söyləyib.

Bloomberg yazıçısı iddia edib ki, Apple Intelligence iOS 18.1-in bir hissəsi olaraq istehlakçıya təqdim olunacaq, yəni iPhone 16 seriyası satışa çıxarıldıqdan bir neçə həftə sonra süni intellekt xüsusiyyətləri ilə təchiz olunacaq.

Günel Məlikzadə