-
- 15-03-2024, 13:43
- 805
Apple-dan böyük sərmayə
"Apple" süni intellekt sahəsində böyük irəliləyişlər etməyə hazırlaşır. Bu kontekstdə şirkət Kanadanın süni intellekt şirkəti olan DarwinAI-ni satın aldı.
News24.az xəbər verir ki, DarwinAI-nin texnoloji infrastrukturu Apple-a süni intellekt sistemlərini daha kiçik və daha sürətli etmək imkanı verəcək. Şirkətin məhsulları istehsal proseslərində komponentlərin vizual təftişindən tutmuş süni intellekt sistemlərinin miniatürləşdirilməsinə qədər müxtəlif sənaye sahələrinə xidmət edir.
Bu texnoloji yeniliklər Apple-ın cihazlarda işləyən süni intellektə əsaslanan yanaşmasına böyük töhfə verəcək. Satınalma ilə Waterloo Universitetində süni intellekt tədqiqatçısı olan Alexander Wong da Apple-a qoşuldu. Süni intellekt qrupunda direktor olaraq işə başladı.
"DarwinAI" 2022-ci ilə qədər 15 milyon dollardan çox sərmayə əldə etmişdi. Şirkət Lockheed Martin Corp ilə əlaqəlidir və Intel Corp. kimi böyük təşkilatlarla əməkdaşlıq var.
Apple-ın bu alışı şirkətin süni intellekt sahəsindəki iddialı hədəflərini göstərir. Şirkət CEO-su Tim Cook, 2024-cü ildə süni intellektdə böyük bir addım atacaqlarını və bu yeni texnologiyaların yaxın zamanda keçiriləcək developer konfranslarında açıqlanacağını söylədi. "Apple" süni intellekt sahəsindəki inkişaflarla öz cihazlarında və proqram təminatında istifadəçi təcrübəsini daha da təkmilləşdirməyi hədəfləyir.
Günel Məlikzadə